Xəbər lenti

 

Ermənistandan olan 3 jurnalist – Yuri Manvelyan, Tiqran Xaçatryan və Tiqran Akopyanın Gürcüstana girişinə icazə verilməyib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat paylaşıb. Bildirilib ki, oktyabrın 11-də Ermənistan-Gürcüstan sərhədinin Bavra-Ninotsminda gömrük-keçid məntəqəsinə gələn 3 erməni jurnalist Gürcüstan sərhədçiləri tərəfindən 4 saata yaxın gözlədilib. Daha sonra jurnalistlərin mikrofon və kameralarını ölkəyə keçirməsinə icazə verilməyib. Avadanlıqlarını geridə qoyaraq yenidən sərhədi keçmək istəyən jurnalistlərə təkrar olaraq rədd cavabı alıblar.

Erməni jurnalistlərin Axaltsixe, Axalkalaki və Tbilisidə görüşlər keçirəcəyi bildirilib. Gürcüstan tərəfinin jurnalistlərin ölkəyə buraxılmamasının səbəbini izah etmədiyi bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 429          Tarix: 12-10-2019, 20:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma