Xəbər lenti

 

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2003-cü ildə Avropa İttifaqına üzvlük üçün müraciət etməsinə görə özünün onu yola gətirdiyini iddia edib.

Berluskoni həmin vaxt Avropa dövlətlərinin Türkiyənin üzvlük məsələsini rədd etməklə xətaya yol verdiyini deyib:

“O vaxt Ərdoğan bir anket hazırlamışdı, həmin anketə görə, türklərin 63 faizi Avropa İttifaqına qoşulmaq istəyirdi. Amma bu baş vermədi və Ərdoğan tamam başqa səmtə çevrildi. Bir növ Osmanlı imperiyasını xatırladan bir şey inşa etməyə başladı”.

İqtidarda olanda Türkiyənin Aİ-yə üzvlüyünü dəstəkləyən Berluskoni bu ölkənin ittifaqa qəbul edilməməsinə görə müttəfiqləri ittiham edib:

“Avropalı “müttəfiqlər” xətaya yol verdi. Avropada və dünyada əsl liderlərin sayı həqiqətən azdır”.

İtaliyada 2011-ci ildəki istefasına qədər dörd hökumətə baş nazirlik edən Berluskonu Ərdoğanla yaxın münasibətinə görə də xatırlanır. İki lider bir-birinə “dostum” deyə müraciət edirdi. \\Teleqraf




Ana səhifəyə qayıt        Baxış: 283          Tarix: 19-10-2019, 19:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma