Xəbər lenti

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın Türkiyə əleyhinə bəyanatlarını nasizmlə müqayisə edib.

"Report" xəbər verir ki, bu barədə "BREAKING VOP" nəşri məlumat yayıb.

Ərdoğanın sözləri alman deputatların Türkiyənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları dayandırmaq üçün göstərdikləri səylərə cavab olub.

"Mən bu hadisəni izah edirəm. Bu hadisə nasizmdir. Bu, faşizmdir", - deyə Ərdoğan bildirib.

O, eyni zamanda Aİ-nin Türkiyənin üzvlüyü ilə bağlı mövqeyini "ikiüzlülük və siyasi əxlaqsızlıq" adlandırıb və qurumu dəqiq qərar qəbul etməyə çağırıb.

 




Ana səhifəyə qayıt        Baxış: 805          Tarix: 7-09-2017, 11:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma