Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Baş katibi Asəf Hacıyev Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının sammitində çıxış edib.
Asəf Hacıyev bildirib ki, 1992-cü ildə yaradılan QDİƏT-in 12 üzvü var:
"Bura Qara və Xəzər dənizi hövzəsi ölkələri daxildir. Region böyük enerji resurslarına malikdir. Burada TAP və TANAP layihələrini qeyd etmək istəyirəm. Bu regionda olan xalqların da sülh və əmin-amanlıq şəraitində yaşamaq hüquqü var. Ancaq hazırda bu regionda 4 milyon insan qaçqın və məcburi köçkün vəziyyətindədir. Hazırda dünyada 85 milyon qaçqın var. Deməli, planet əhalisinin hər 120 nəfərdən biri qaçqın və məcburi köçkündür. Ancaq bizdə – Azərbaycanda əhalinin hər 10 nəfərdən biri qaçqın və məcburi köçkün vəziyyətindədir. Əfsuslar olsun ki, bu məsələdə də ikili standartlar görürük”.
Asəf Hacıyev bildirib ki, milli müstəqillik, suverenlik, ərazi bütövlüyü və işğala qarşı mübarizə aparılması Badnunq prinsiplərinin əsasını təşkil edir:
“Ərazi bütövlüyü ən mühüm prinsipdir. Burada qeyd olunduğu kimi, biz bu problemlərin öhdəsindən birgə əməkdaşlıq şəraitində gələ bilərik. Təkcə bir il ərzində bütün dünyada qaçqınların problemlərinin həllinə 500 milyard dollar vəsait xərclənir. Biz hamımız regionda sülh və təhlükəsizlik mühiti yaratmalıyıq. Çünki bu, bizim gənc nəsillər qarşısında öhdəliyimizdir”. (Publika.az)
Paylaş: