Xəbər lenti

 

Bəzi namizədlər hərbçilər qarşısında təşviqat kampaniyası aparan zaman tələbləri pozurlar.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Tofiq Həsənov deyib.

Onun sözlərinə görə, namizəd hərbi hissədə seçicilər qarşısında görüş keçirmək istəyəndə həmin hərbi hissənin komandiri bu barədə dairə seçki komissiyasına məlumat verməlidir.

MSK üzvü deyib ki, bəzi namizədlər bu tələbləri pozur:

“Hansısa namizədin təşəbbüsü ilə hərbi hissələrdə seçicilər qarşısında seçkiqabağı təşviqat kampaniyası aparmaqla bağlı hərbi hissəyə müraciət ediləndə, həmin hissənin komandiri bununla bağlı dairə seçki komissiyasına məlumat verməlidir. Bundan sonra DSK sədri digər namizədlərə də məlumat verməlidir. Əgər bu tələb yerinə yetirilmirsə, seçki subyekti haqqında müvafiq tədbir görülməsi tələbi yaranır”.

İclasda müzakirələrdən sonra bununla bağlı namizədlərə xəbərdarlıq edilməsi barədə qərar qəbul edilib.\\Virtualaz.org




Ana səhifəyə qayıt        Baxış: 450          Tarix: 5-02-2020, 21:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma