Xəbər lenti


“Ötən il Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində təkliflər müzakirə olunub. Bunların imzalanması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası istiqamətində mühüm addım olardı”.
TASS agentliyi xəbər verir ki, bunu Qorçakov Fondunun təşkil etdiyi onlayn “dəyirmi masa” zamanı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri barədə danışarkən bildirib.
S.Lavrov deyib ki, Qarabağ münaqişəsinin həllində Madrid prinsipləri, Rusiyanın 2010-2011-ci illərdə hazırladığı sənədlər, o cümlədən Kazan sənədi, həmçinin Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin 2019-cu ilin aprelində qəbul etdikləri ortaq sənəd var və bu, indi də fəal müzakirə olunur.
Rusiyanın Xarici İşlər Naziri həmin sənədlərin münaqişənin mərhələli yolla həllini nəzərdə tutduğunu qeyd edib: “Münaqişənin həllində mərhələli həll nəzərdə tutulur. İlk mərhələdə ən aktual məsələlərin – Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad olunması, kommunikasiya, nəqliyyat və iqtisadi əlaqələrin bərpası nəzərdə tutulur”.
S.Lavrov söyləyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin ATƏT-in Minsk Qrupunun təklif etdiyi formatda qurulması yaxşı və faydalıdır:
“BMT-nin Təhlükəsizlik Şurasının müharibəni dayandırmaq və danışıqlara başlamaq haqqında tələbləri məhz bu çərçivədə həyata keçirilib”.



Ana səhifəyə qayıt        Baxış: 3 430          Tarix: 21-04-2020, 17:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma