Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
Rusiya prezidentinin və onun mətbuat katibinin KTMT öhdəliklərini Paşinyan hakimiyyətinə aydın şəkildə izah etməsindən sonra rəsmi İrəvanın əsas ümid yeri əldən çıxmış kimi görünür... Hər halda, hər iki açıqlama Kremlin Ermənistana “Rusiyaya ümid bağlama...” mesajı kimi də izah oluna bilər...
Cənubi Qafqaz regionunda savaş davam edir. Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda həlledici hərbi əməliyyatlarda böyük uğurlar qazanmaqdadır. Azərbaycanın ərazi bütövlüyü tədricən bərpa olunmaqdadır.Təbii ki, yaranamış vəziyyət Azərbaycan silahlı qüvvələrini qalib ordu statusuna sahibləndirib. Ermənistanın 30 ilə yaxın bir müddətdə lovğalandıqları məğlubedilməzlik mifləri sabun köpüyü kimi partlayıb, yox olmaqdadır. Əvəzindəsə, Ermənistan ordusunda ruh düşkünlüyü və məğlubiyyətin qaçılmazlığı əhval-ruhiyyəsi üstünlük qazanmaqdadır.
Savaş poliqonundan gələn son məlumatlar da artıq bu reallığı təsdiqləməyə başlayıb. Belə ki, hərbi itkilərini israrla gizlətməyə çalışan rəsmi İrəvan son günlər məğlubiyyətlə bağlı bəzi etitafları etmək məcburiyyətində qalmaqdadır. Amma yenə də hoqqabazlıqdan əl çəkməyərək, bəzi həqiqətləri qondarma “DQR”-in təmsilçilərin diliylə ictimailəşdirməyə üstünlük verir.
Buna misal kimi, Ermənistan ordusunun işğal altındakı bəzi ərazilərə nəzarəti itirdiyini qondarma “DQR” üzərindən açıqlamasını göstərmək olar. Belə ki, qondarma “DQR” təmsilçisi bu separatçı qurumun silahlı qüvvələrinin taktika səbəbiylə bəzi ərazilərdən geri çəkildiyini bəyan etmişdi.
Əlbəttə, erməni hərbçilərinin geri çəkilməsi barədə məlumatların doğruluğu qətiyyən şübhə doğurmur. Ancaq məlumatın geri qalan hissəsi tamamilə erməni yalanından ibarətdir. Belə ki, işğal olunmuş ərazilərdə olan bütün hərbi qüvvələr birmənalı şəkildə Ermənistan ordusuna aiddir. Qondarma “DQR”-in ordu saxlamaq, onu silah-sursatla təmin etmək və s. imkanları yoxdur. Ermənistan öz ordusunun bir hissəsini məhz qondarma “DQR”-in balansına yazıb.
Digər tərəfdən, Ermənistan ordusunun geri çəkilməsi taktika səbəbindən baş verməyib. Bunun yeganə səbəbi Azərbaycan ordusunun Ermənistan hərbi hissələrini döyüş meydanında darmadağın etməsiylə bağlıdır. Ermənistan ordusu müqavimət gücünü itirdiyi üçün döyüş mövqeyini tərk edərək, qaçır.
Burada bir önəmli məqam da mövcuddur. Əgər, Ermənistan ordusu taktika səbəbindən geri çəkilirsə, onda bəs, olduqca qiymətli və müharibə üçün böyük əhəmiyyət daşıyan hərbi texnikanı niyə döyüş meydanında buraxıb, gedir? Bəlkə, onların qəribə hərbi taktikası bunu tələb edir?
Hər halda, dünya hərb tarixi belə biabirçı taktikaya şahidlik etməyib. Çünki əsl əsgər öz silahını və döyüş bayrağını atıb, qaçmaz...
Əslindəsə, bütün bunların real səbəbləri tamamilə başqa məzmun daşıyır. Belə ki, Azərbaycan ordusu erməni hərbi birləşmələri üzərində böyük üstünlük quraraq, döyüş meydanında sözün əsl mənasında, əzməkdədir. Ermənistan ordusunun müqavimət gücü tükənib və şiddətlı düöyüşlərə tab gətirə bilmir.
Elə bunun nəticəsidir ki, Ermənistan ordusunda son vaxtlar kütləvi fərrarilik halları yayılmağa başlayıb. Azərbaycan ordusunun önəmli yüksəklikləri ələ keçirtməsi düşmənin silah-sursat, hərbi texnika və ərzaq təminatı ilə bağlı ciddi problemlər yaradıb. Belə ki, həmin yüksəkliklər Azərbaycan hərbçilərinə düşmənin təchizat avtokalonlarını vurmaq imkanı verir.
Son məlumatlara görə, erməni əsgərləri döyüş mövqeyində silah-sursatsız və ərzaqsız qalıblar. Onların bir çoxu artıq vuruşmaq istəmədikləri üçün döyüş mövqeyini tərk etməyə başlayıblar.
Üstəlik, Ermənistan artıq yeni əsgər toplamaqda, ordunu hərbi ləvazimatla təmin etməkdə ciddi çətinliklə üzləşib. Belə ki, baş nazir Nikol Paşinyan bir müddət əvvəl tərxis olunmuş şəxsləri orduya geri dönməyə çağırıb. Və onlardan öz hərbi paltarları ilə yanaşı, yanlarında ərzaq götürməyi də xahiş edib.
Təbii ki, belə vəziyyətdə Ermənistanın bu savaşda uzun müddət tab gətirməsi qətiyyən inandırıcı deyil. Paşinyan hakimiyyətinin son davranışları da bu reallığı təsdiqləyir.
Belə ki, rəsmi İrəvan Ermənistan ordusunun yaxınlaşana məğlubiyyətini hamıdan yaxşı hiss etdiyindən siyasi hoqqabazlığa qurşanıb. Bütün mümkün imkanlardan yararlanır ki, Azərbaycanın işğal altındakı ərazilərinin azad olunması məqasədilə başlatdığı savaşı beynəlmiləlləşdirsin və ya heç olmasa, regional hərbi münaqişəyə çevirə bilsin.
Ona görə də, bütün dünyanı Türkiyə təhlükəsi ilə bağlı sərsəmləmələrlə qorxutmağa, şantaş etməyə çalışır. Eyni zamanda, Rusiyanı KTMT üzrə hərbi öhdəliklərini yerinə yetirməyə çalışır.
Halbuki hər iki iddia tamamilə yersiz və əsassızdır. Belə ki, dünyada heç kim Paşinyan hakimiyyətinin Türkiyə təhlükəsi ilə bağlı sərsəmləmələrinə ciddi yanaşmır.
İndiyə qədər Paşinyan hakimiyyətinin yalvarışlarına və hay-küyünə yalnız Fransadan reaksiya gəlib. Bu ölkənin prezidenti Emmanuel Makron öz açıqlamasıyla Paşinyan hakimiyyətinə təskinlik verməyə çalışıb. Və E.Makronun təskinliyi isə heç bir işə yaramayıb.
İndi məlum olur ki, Fransa prezidenti E.Makron vaxtilə baş nazir N.Paşinyanla erməni məclisində iştirak edərək, hətta qol götürüb, rəqs qabiliyyətini də göstəribmiş. Ola bilsin ki, baş nazir N.Paşinyanı Azərbaycana qarşı hərbi təxribatları törətməyə də məhz həmin qarşılıqlı rəqsin yaratdığı ovqat cəsarətləndiribmiş. Ancaq yəqin ki, indi rəqs etməklə savaşmağın tamamilə fərqli işlər olduğunu tədricən anlamağa başlayıb.
Rusiyanın rəsmi dairələrinə gəldikdəsə, Kreml hələlik öz bitərəf mövqeyini mümkün qədər qorumağa çalışır. Paşinyan hakimiyyətinin KTMT üzrə öhdəliklərə vurduğu eyhamlara əhəmiyyət vermir. Hətta Rusiya prezidenti Vladimir Putinin Ermənistan baş naziri N.Paşinyanla təmaslardan yayınmağa çalışdığı da açıq-aşkar nəzərə çarpmaqdadır.
Rusiyadan gələn son açıqlamalarsa, rəsmi İrəvanın bütün ümidlərinin tamamilə dəfn olunması anlamına gəlir. Belə ki, prezident V.Putin Rusiyanın KTMT çərçivəsində öz üzərinə götürdüyü bütün hərbi öhdəliklərə sadiq olduğunu bildirib: “Məlumdur ki, Ermənistan KTMT-nin üzvüdür. Bizim bu müqavilə çərçivəsində Ermənistan qarşısında öhdəliklərimiz var. Lakin hərbi əməliyyatlar, təəssüflər olsun ki, hələ də davam edir, amma Ermənistan ərazisində aparılmır".
Göründüyü kimi, Rusiya prezidenti V.Putin öz ölkəsinin mövqeyini tam aydın şəkildə ifadə edib. Onun açıqlaması Ermənistana sərt mesajdır. Kreml sahibi bununla demək istəyir ki, Rusiya öz öhdəliklərinin hüquqi çərçivəsini çox gözəl bilir və Paşinyan hakimiyyətinin hərbi-siyasi hoqqabazlığına uymaq niyyətində deyil.
Qəribə də olsa, Paşinyan hakimiyyəti Kreml sahibinin bu aydın məzmunlu açıqlamasından sonra da KTMT öhdəliklərini qabartmaqda davam edib. Ancaq bu dəfə Rusiya prezidenti V.Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verərək, Paşinyan hakimiyyətinin siyasi hoqqabazlığını əngəlləmək məcburiyyətində qalıb: “Rusiya KTMT-yə görə Dağlıq Qarabağ qarşısında yox, Ermənistan qarşısında öhdəlik daşıyır”.
Maraqlıdır ki, Rusiya prezidentinin və onun mətbuat katibinin KTMT öhdəliklərini Paşinyan hakimiyyətinə belə aydın şəkildə izah etməsindən sonra rəsmi İrəvanın əsas ümid yeri əldən çıxmış kimi görünür. Hər halda, hər iki açıqlama Kremlin Ermənistana “Rusiyaya ümid bağlama...” mesajı kimi izah oluna bilər.
Şübhəsiz ki, Kremlin bu mövqeyi hoqqabaz Paşinyan hakimiyyəti üçün tərs şapalaq effekti verib. İndi rəsmi İrəvan əli hər yerdən üzülmüş vəziyyətə düşüb. Artıq siyasi hoqqabazlıqları bir kənara buraxıb, problemin savaş meydanında həll edilməsinə çalışmaqdan başqa bir yol qalmayıb.
Ancaq rəsmi İrəvan savaş meydanında məğlub olduğunu anlayacağı təqdirdə, onun daha bir yolu qalır. Aramsız olaraq, müxtəlif ölkələrin dövlət başçılarına zəng edib, onları bezdirən baş nazir N.Paşinyan bu dəfə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək, onun atəşkəs şərtlərini qeyd-şərtsiz qəbul etdiyini bəyanlamalıdır. Və belə davam edərsə, N.Paşinyanın növbəti “məzlum” telefon zənginin məhz Prezident İlham Əliyevə ola biləcəyi qətiyyən istisna deyil.
musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar