Xəbər lenti


“Bu gün Qarabağ cəbhəsində baş verənlər Soros rejiminin başçısı, sizi işıqlı gələcəyə aparacağına inandığınız baş nazir Nikol Paşinyanın saysız-hesabsız təxribatlarına Azərbaycan tərəfindən verilən cavabdır”.

“Report” xəbər verir ki, bu fikirləri rusiyalı politoloq, beynəlxalq münaqişələr üzrə ekspert Yevgeniy Mixaylov erməni xalqına video müraciətində deyib.

Ekspertin qeyd etdiyi kimi, Azərbaycan uzun illərdir işğal olunmuş torpaqlarının geri qaytarılmasını gözləyib, lakin Ermənistan mövcud razılaşmaları və öhdəliklərini pozaraq 27 sentyabr tarixində irimiqyaslı təxribata əl atıb. Buna cavab olaraq Azərbaycan əks hücum əməliyyatına başlayıb.

“Torpaqların azad olunmasına başlandı. Həm erməni, həm də azərbaycanlı əsgərlərindən ölənlər üçün təəssüflənirəm. Amma onlar hər halda döyüşçüdürlər.

Erməni tərəfi Gəncədəki dinc əhaliyə raket zərbələri endirəndən sonra bu azadlıq müharibəsinin Vətən müharibəsinə çevrildiyini başa düşdüm. Mən özüm də atayam. Körpə çağaları necə öldürlüklərini, sonra da həyat yoldaşını, övladını torpağa tapşıraraq ağlayan atanı sosial şəbəkələrdə ermənilərin necə ələ saldıqlarını, lağa qoyduqlarını görəndən sonra dərk etdim ki, ölkəniz sona yaxınlaşır”.




Ana səhifəyə qayıt        Baxış: 2 549          Tarix: 24-10-2020, 18:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma