 
Xəbər lenti
		Dünən, 17:12
	
	
	
		Dünən, 15:30
	
	
	
		Dünən, 13:30
	
	
	
		Dünən, 10:30
	
	
	
		29-10-2025, 23:39
	
	
	
		29-10-2025, 22:30
	
	
	
		29-10-2025, 21:39
	
	
	
		29-10-2025, 20:22
	
	
	
		29-10-2025, 19:45
	
	
	
		29-10-2025, 18:30
	
	
	
		29-10-2025, 17:53
	
	
	
		29-10-2025, 16:04
	
	
	
		29-10-2025, 14:30
	
	
	
		29-10-2025, 13:54
	
	
	

Rusiya Qarabağda ikinci hərbi hospital açır.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
O, Rusiya sülhməramlı əməliyyatı çərçivəsində ikinci hərbi hospitalın Ağdərədə açılacağını söyləyib: “Bu yaşayış məntəqəsində ikinci hərbi hospitalın yaradılması işləri davam edir. Xanabad yaşayış məntəqəsində Rusiya Müdafiə Nazirliyinin hərbi hospitalının briqadası tərəfindən 48 sakinə, o cümlədən 12 uşağa tibbi yardım göstərilib”.
Rusiya MN rəsmisinin sözlərinə görə, sülhməramlı qüvvələrin və Beynəlxalq Qızıl Xaç Komitəsinin koordinasiyası ilə həlak olanların cəsədlərinin axtarışı və mübadiləsi davam etdirilir.
Bundan başqa, Konaşenkov Rusiya sülhməramlılarının dinc sakinlərin daimi yaşayış yerlərinə təhlükəsiz qayıtmasını təmin etdiyini də vurğulayıb: “Ermənistandan Dağlıq Qarabağa son sutka ərzində 1479 nəfər qayıdıb. Ümumilikdə sülhməramlı əməliyyatı çərçivəsində 28 mindən çox qaçqının təhlükəsiz şəkildə qayıtması təmin olunub”.
Qeyd edək ki, bundan əvvəl Rusiya sülhməramlıları Xocalı ərazisində hərbi hospital yaradıb/APA.
 	    
 	
	Xəbəri paylaş
	
			
		 
		  
            
 Paylaş:
Bənzər məqalələr
  
	
Seçilənlər
 Prizma 
Söhbət
 Ədəbiyyat və mədəniyyət
Video
 Ən çox oxunanlar






 
  
  
  
  
 





















