Xəbər lenti
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
ABŞ dövlət katibi Entoni Blinken və onun müavini, vaxtilə Ukraynadakı “məxməri inqilab”ın “ssenari müəllifi” olmuş Viktoriya Nuland Ukraynaya səfər ediblər. Onlar prezident Vladimir Zelenski və digər dövlət rəsmiləri ilə görüşlər keçiriblər.
Danışıqlar zamanı ABŞ dövlət katibi ölkəsinin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təkrar edib. Məlum olub ki, Amerika Ukraynanın şərqindəki vəziyyətə görə Rusiyaya qarşı birtərəfli tədbirlər görməyə davam edəcəklər. Bu barədə Blinken açıqlama verib.
“Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə birlikdə Rusiyanın Donbasa təcavüzü nəticəsində həlak olan ukraynalıların abidəsinə güllər düzdük. Moskva nə qədər ki, münaqişənin sülh yolu ilə həllini seçməyib, ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə Rusiyaya əvəzini ödətdirəcək”, - Blinken sərt şəkildə bildirib.
Bəs son günlərdə Rusiya ilə gərginləşən münasibətlər fonunda bu səfər Ukraynaya nə verəcək, Rusiyanın siyasi, informativ və hərbi planda hücumunun qarşısını alacaqmı?
Rəsmi Moskva bəyan edir ki, qoşunları Ukrayna sərhədindən çəkib. Buna baxmayaraq Qərb şimal qonşumuza qarşı basqıları davam etdirir. Bu təzyiqlərdən biri kimi də Blinken və müavininin səfərini göstərmək olar.
Arzu Nağıyev
Deputat, politoloq Arzu Nağıyev burada Ukraynaya verilən dəstəyin açıq şəkildə olduğunu bildirdi: “Düşünürəm ki, Blinkenin səfəri tək Ukrayna-Rusiya münasibətləri ilə bağlı deyil. Burada rəsmi Kiyevin yanında durmaqla Amerika Rusiya ilə soyuq müharibənin davam etdiyini bir növ göstərmiş olur. Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə ABŞ göstərir ki, Krım, Donbas kimi ərazilər ilhaq olunub. Bununla Blinken Amerikanın mövqeyini ortalığa qoymağa çalışır. Bildiyiniz kimi, NATO qoşunlarının təlimləri keçiriləcək. NATO üzvü olmayan ölkələrdən Ukrayna da bu təlimlərə dəvətlidir. Düşünürəm ki, ABŞ-ın xarici siyasətində siyasi, iqtisadi və hərbi cəhətdən Ukraynaya dəstək nümayiş etdirirlər.
Rusiyaya gəldikdə isə, Kreml Ukrayna sərhədlərindən qoşunlarını geri çəkdiyini deyə bilər, amma aydın məsələdir ki, bu, belə deyil. Donbasın özündə olan qoşun hissələrinin demək olar ki, tam əksəriyyəti Rusiyanındır. Bir vasitə olaraq, bundan Ukraynadan soyuq müharibənin davamı kimi istifadə olunur. Aydındır ki, Amerika ilə Rusiya arasında Ukrayna ən strateji ölkələrdən biridir. Dənizə çıxış var, bir sıra Avropa dövlətləri ilə sərhəddir. Burada əsas prinsipial məsələ odur ki, Amerika Ukraynanı dəstəklədiyini bütün dünyaya bəyan edir”.
Əhəd Məmmədli
Siyasi şərhçi Əhəd Məmmədli səfəri Kiyev üçün müsbət sayır: “Xatırladım ki, ABŞ-ın keçmiş prezidenti Corc Buş Gürcüstana səfər etmişdi, Tiflisdə rəqs etmişdi. Bunun özü belə, qonşumuzu “rus ayısı”ndan xilas etmədi. Ona görə düşünmürəm ki, ABŞ dövlət katibinin Ukraynaya səfəri bu ölkəni nədənsə xilas etsin. Təbii ki, belə böyük dövlət adamının Ukraynaya təşrif buyurması Kiyev üçün müsbət haldır. Rusiya ilə qarşıdurma kontekstindən bu Ukraynaya nələr verəcək, bunu yaxın gələcəkdə görəcəyik. Fikrimcə, Ukraynanın rus təhlükəsindən xilası ABŞ-ın bu ölkəyə real siyasi-hərbi dəstəyindən keçir. Bu isə Amerikanın Rusiya ilə açıq qarşıdurma anlamına gəlməsi deməkdir. Buna isə təəssüf ki, indiki halda ABŞ-ın gedəcəyini düşünmürəm”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar