Xəbər lenti

Erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində Sahibə Quliyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisi tərəfindən verilən sorğuya cavab olaraq Fransa-Qafqaz Dostluq Qrupunun üzvü Senator Kristof-Andre Frassa açıqlama verib.

Publika.az xəbər verir ki, senatoristənilən insan tələfatının təəssüf hissi doğurduğunu qeyd edib:

"Azyaşlıların hədəfdə olması isə xüsusilə ağırdır. Münaqişənin diplomatik yollarla həlli indi həmişəkindən daha aktualdır. Qafqaz regionunda dinc sakinlərin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri işlər görülməlidir”

 




Ana səhifəyə qayıt        Baxış: 827          Tarix: 7-07-2017, 14:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma