Xəbər lenti

NATO-da Rusiyanın Rumıniya və Bolqarıstandan ordunun çıxarılması tələbini rədd ediblər. Bu barədə Alyansın daimi nümayəndəsi Oana Lunqesku Tvitterdə xəbər verib.

Alyansda bəyan ediblər ki, bu, ölkələri birinci və ikinci sorta bölməyə gətirib çıxaracaq.

Moskva tələb edir ki, NATO qüvvələri 1997-ci ildə ittifaqa daxil olmayan ölkələrin ərazisindən çıxarılsın. Bolqarıstan və Rumıniya Alyansa yalnız 2004-cü ildə daxil olublar.

«NATO ölkələrinin birinci və ikinci sort ölkələrə bölünməsi barədə Rusiyanın tələbi qəbulolunmazdır. Biz, Avropada istənilən təsir dairəsi ideyasını rədd edirik» - o, yazıb.

1997-ci ildə Rusiya və Şimali Atlantika Alyansı qarşılıqlı münasibətlər (əməkdaşlıq və təhlükəsizlik) barədə Əsas aktı imzalayıblar. Sənəddə deyilir ki, tərəflər bir-birinə düşmən kimi baxmır.

1997-ci ildə NATO-ya Şərqi Avropa ölkələri daxil deyildilər. Ardınca genişlənmə barədə bir neçə dalğa baş verib. 1999-cu ildə Çexiya, Polşa və Macarıstan ona qoşulub, 2004-cü ildə Litva, Latviya, Estoniya, Rumıniya, Bolqarıstan, Sloveniya və Slovakiya, 2009-cu ildə isə Xorvatiya və Albaniya, 2020-ci ildə Şimali Makedoniya.

AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 3 037          Tarix: 23-01-2022, 19:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma