Xəbər lenti

Fransa Prezidenti Emmanuel Makron Ukrayna məsələsinin həlli ilə bağlı ABŞ Prezidenti Cozef Bayden və münaqişənin həllində vasitəçilik etmək istəyən Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransa rəhbərinin özü açıqlayıb. Makron ABŞ və Türkiyə liderləri ilə telefonla danışacağını deyib.

Cümə axşamı Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski də daxil olmaqla bir çox liderlərlə telefon danışığı aparan Makron fevralın 7-də Putinlə Moskvada, çərşənbə axşamı, fevralın 8-də isə Kiyevdə Zelenski ilə görüşmək üçün Ukraynaya gedəcək.

Qeyd edilir ki, Fransa rəhbəri səfərlərdən əvvəl həftə sonu Ukrayna məsələsinin həllində rol oynaya biləcək liderlərlə danışıqlarını davam etdirəcək.



Ana səhifəyə qayıt        Baxış: 3 280          Tarix: 5-02-2022, 09:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma