Xəbər lenti

İyunun 15-də NATO-nun mənzil-qərargahında Ukraynanın müdafiəsi üzrə təmas qrupunun növbəti iclası keçiriləcək.

Azpost.info xəbər verir ki, bu barədə Pentaqondan bildiriblər. “ABŞ müdafiə naziri Ukraynada davam edən böhranı müzakirə etmək üçün dünyanın müxtəlif ölkələrindən həmkarlarını və qərargah rəislərini dəvət edib”, – məlumatda deyilir.

Xatırladaq ki, buna qədər NATO-nun Ramşteyn aviabazasında Ukrayna üzrə təmas qrupunun iki iclası keçirilib. Son iclas mayın 23-də videokonfrans vasitəsilə 47 ölkənin iştirakı ilə baş tutub.



Ana səhifəyə qayıt        Baxış: 2 431          Tarix: 7-06-2022, 19:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma