Xəbər lenti

 
Bu gün NATO-nun Müdafiə nazirləri Almaniyanın Ramşteyn hərbi hava bazasında bir araya gəliblər.
 
Ovqat.com-un məlumatına görə, Ukrayna üzrə Müdafiə və Təhlükəsizlik Məşvərət Qrupunun keçirdiyi toplantıda Ukraynadakı vəziyyət müzakirə olunub.
 
30-a yaxın ölkənin qatıldığı toplantıya ABŞ Müdafiə naziri Lloyd Ostinin çıxışı öz damğasını vurub. 
 
Toplnatının hədəfləri barədə çıxış edən Ostin bildirib ki, ABŞ və onun Avropalı müttəfiqləri Ukraynanın Rusiyanı məğlub etmək strategiyasını müzakirə etmək üçün hər ay bir araya gələcək təmas qrupu yaradıblar.
 
"Biz müharibənin sürəti ilə hərəkət etməliyik. Biz Ukraynaya Rusiyanın ədalətsiz işğalına qarşı mübarizədə qalib gəlməyə kömək etmək və sabahın çağırışlarına qarşı Ukraynanın müdafiəsini gücləndirmək üçün buradayıq. Ukrayna buradakı hər kəs kimi Rusiya üzərində qələbə çalacağına inanır”, - ABŞ-ın Müdafiə naziri belə deyib.
 
Ostin çıxışında Almaniyanın Ukraynaya 50 ədəd “Cheetah” zenit sistemi göndərmək qərarını alqışlayıb və bu qərarın döyüş meydanında təsirli olacağını söyləyib.
 
ABŞ Müdafiə naziri həmçinin bildirib ki, NATO müttəfiqləri Ukraynanın alyansa üzvlük üçün müraciət edəcəyini gözləyirlər.
 


Ana səhifəyə qayıt        Baxış: 6 376          Tarix: 26-04-2022, 20:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma