Martın 4-dən Zaporojye Atom Elektrik Stansiyasını (AES) ələ keçirən Rusiya ordusu son günlər nüvə stansiyasının ərazisindən Ukraynanın bir sıra şəhərlərini hədəf almağa başlayıb.
"AzPolitika.info" ABŞ-ın "The New York Times" nəşrinə istinadla xəbər verir ki, rus hərbçiləri iyul ayının ortalarından etibarən AES-nın yerləşdiyi ərazidən Ukraynanın Nikopol və digər şəhərlərini mütəmadi şəkildə bombalayıblar.
Ukrayna rəsmilərinin və mülki vətəndaşların bildirdiyinə görə, Ukrayna ordusu yüksək dəqiqliyə malik silahlara sahib olsa da, rusların bu hücumlarına qarşılıq verməkdə çətinlik çəkir. Çünki cavab atəşi zamanı AES-ə ciddi ziyan dəyə və nəticədə radioaktiv maddələr havaya qarışa bilər.
Nikopol meri Oleksandr Sayuk deyir ki, ruslar nüvə stasiyasının arxasına gizlənirlər ki, Ukrayna ordusu onları vura bilməsin: "Bu cür obyektlərdən qalxan kimi istifadə etmək çox təhlükəlidir. Atom stansiyasından edilən hücumlar Ukraynanın planlarını xeylini çətinləşdirir".
Qeyd olunur ki, sakinlər potensial nüvə təhlükəsi səbəbindən artıq Nikopol şəhərini tərk etməyə başlayıblar.
Paylaş: