Xəbər lenti

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın ABŞ-ın terrorizmə sponsorluq edən dövlətlər siyahısına daxil edilməsi ehtimalını şərh edib.

"ABŞ-ın konsepsiyası aydındır - "qarşısının alınmasından məhv edilməyə doğru". Onlar özləri bu barədə danışdlqlarına görə, bu, onların tarixidir", — deyə Zaxarova "Rossiya-1" telekanalının efirində bildirib.

Xatırladaq ki, ABŞ Senatı bundan əvvəl Dövlət Departamentini Rusiyaya qarşı bu statusun müəyyənləşdirilməsinə çağıran qətnamə qəbul etmişdi.

Qətnamə daha çox rəmzi sənəddir, çünki onun qanunvericilik qüvvəsi yoxdur. Mümkün qərarın nəticələrini şərh edən ABŞ-ın dövlət katibi Entoni Blinken qeyd edib ki, Rusiyanın bu siyahıya daxil edilməsi onun üçün praktiki baxımdan az şeyi dəyişəcək.

"AzPolitika.info"




Ana səhifəyə qayıt        Baxış: 2 967          Tarix: 1-08-2022, 16:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma