Xəbər lenti

"Kremlin Krımda baş verən partlayışlara görə Ukraynanı günahlandırmaq üçün heç bir motivi yoxdur".

“Report” xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu (MAİ) məlumat yayıb.

Qeyd olunub ki, bu, artıq "Moskva" kreyserinin batmasından sonra növbəti dəfə Rusiyanın hava hücumundan müdafiə sistemlərinin effektivsizliyini bir daha nümayiş etdirəcək: "İki fərqli yerdə partlayışların eyni vaxtda olması, ehtimal ki, Rusiyanın rəsmi versiyası olan təsadüfi yanğın fərziyyəsini istisna edir. Lakin bu, nə təxribat, nə də uzaqmənzilli raket hücumunu istisna etmir".

Təhlilçilər həmçinin qeyd ediblər ki, Rusiya əlavə döyüşçü qüvvələrini formalaşdırmaq üçün immiqrant və etnik liderlərdən istifadə edir.




Ana səhifəyə qayıt        Baxış: 3 585          Tarix: 10-08-2022, 09:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma