Xəbər lenti

“Bütün dünya siyasətçiləri Baltik dənizində “Şimal axını” və “Şimal axını - 2” qaz kəmərlərində kimin təxribat törətdiyini bilirlər, lakin susurlar”.

Bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç “Manevrlər-2022” döyüş atəşləri təlim mərhələsinin keçirildiyi Pasulyanske Livada poliqonunda bildirib.

“Əgər sabah təxribat törətsələr və qaz verilişini kəssələr, özlərini elə aparacaqlar ki, sanki bunun kimin təşkil etdiyini bilmirlər. Baxmayaraq ki, dünyada elə bir siyasətçi yoxdur Baltik dənizində kimin təxribat törətdiyini bilməsin. Lakin biz hamımız özümüzü məlumatsız kimi aparırıq və susuruq. Çünki ölkələrimizin maraqlarına zərər vermək istəmirik. Bu ikiüzlülük hər yerdə hökm sürür. Bu, “Balkan axını”nda baş versə, bunun da öhdəsindən gələrik”, - deyə o qeyd edib.

Qeyd olunur ki, hazırda Rusiya Federasiyası Serbiyaya yeganə təbii qaz tədarükçüsüdür.

Mənbə: business-gazeta.ru




Ana səhifəyə qayıt        Baxış: 4 414          Tarix: 3-11-2022, 20:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma