Xəbər lenti


Azərbaycana qarşı bir neçə təhdid var. Ermənistan ərazilərimizi işğal etdi, etnik təmizləmə apardı, arxasında böyük güclər var. Ancaq Ermənistan və ermənilər bizim üçün bütövlükdə azərbaycanlılar və türklər üçün mövcudiyyət təhdidi deyil".

Bunu Milli.Az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri, politoloq Fuad Çıraqov deyib.

O bildirib ki, Azərbaycanın varlığı bəzi qonşularımız üçün böyük təhdidə çevrilib:

"Ermənistan orqanizmə düşən, iltihab verən yad cisimdir, mübarizə və müalicə ilə aradan qaldırıla bilər. Mübarizə uzun və ağrılı çəkə bilər, amma bu təhdidin demoqrafiyanı, dini və milli fərqliliyi nəzərə alaraq bizi tam məhv etmək potensialı yoxdur, bizim bu təhdidi tamamilə aradan qaldırmaq şansımız var və bu təhdidin aradan qalxması labüddür. Ermənilər bunu bilir və çırpınırlar. Bu yad cisimə qarşı mübarizə orqanizmi daha mobil, ayıq və güclü edib, edir və edəcək
Rusiya bizi 200 il işğalda saxladı, sonra təsir dairəsində saxlamağa çalışdı, amma biz Rusiya üçün onun orqanizmində həmişə həzmedilə bilinməyən yad element olaraq qaldıq. Rusiyanın daxilində hələ də tam həzm edə bilmədiyi başqa çoxlu yad elementlər var və geci-tezi onlar üzə çıxacaq. Ona görə də bütün etdiklərinə baxmayaraq Rusiya təhdid oldu, amma mövcudiyyət təhdidi ola bilmədi və indən sonra heç vaxt da ola bilməyəcək. Bunu etmək üçün yəni Rusiyanın bizi içində əritməsi üçün onun gərək çox inkişaf etmiş, modern ölkə və çox cazibədar olması lazımdır. Bu isə heç vaxt olmayacaq.

Gələk İrana: Mənə görə İran yeganə mövcudiyyət təhdididir. Çünki İran bizim mövcudiyyətimizi inkar edir, bütün tarixi mirasımıza iddia edir. Deyir Nizami, Xəqani, onundu, Təbriz xalçası İranındı, farsındı. Biz də İranın mövcudiyyətini inkar edirik. Deyirik Səfəvilər, Əfşarlar, Qacarlar bizimdi. İran bizim milli kimliyimizi inkar edir, deyir sənin yalnız şiə kimliyin var, bu əsasdı və milli kimliyini "pan"la aşağılamağa çalışır. Biz də onları "aftafa" ilə aşağılayırıq. Yəni bu sadəcə iki dövlət arasında maraqlar savaşı, mübarizəsi, hansısa ərazilərə iddialar üzərində qarşıdurma deyil. Bu, bir-birimizin hərşeyimiz, var yoxumuz uğrunda mübarizədir.

Qonşuluğumuzda və ya dünyada başqa elə xalq varmı ki, milli və dini kimliyi ziddiyyətdə olsun? İranın bizi içində əritməsi üçün inkişaf etməsi və cazibədar olmasına da ehtiyac yoxdur. Sadəcə Azərbaycan adlı dövlətin olması təhdiddir. Bu təhdid onlar üçün İranda hansı rejimin, hakimiyyətin və kimin olmasından asılı olmayaraq, həmişə olub və olacaq".

Təhməz Əsədov
Milli.Az











Ana səhifəyə qayıt        Baxış: 4 039          Tarix: 15-11-2022, 12:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma