Xəbər lenti

Tatarıstan Dövlət Şurasının Dövlət quruculuğu və Yerli özünüidarəetmə Komitəsi Respublika Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinin geri götürülməsini tövsiyə edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, qanun layihəsi bir gün əvvəl “Vahid Rusiya” partiyasından olan deputatlar tərəfindən təklif edilmişdi. Onlar Tatarıstan Konstitusiyasına 63 dəyişiklik təklif ediblər. Bunlardan biri də “respublika prezidenti”nin vəzifəsinin “başçı” sözü ilə əvəz edilməsidir. Lakin bu müddəa deputatlar arasında mübahisə yaradıb.

Sabahkı iclas üçün qanun layihəsinin redaktəsində “Tatarıstan Respublikasının başçısı”sı sözünün tatar dilində də əlavə edilməsi təklifi var idi.

Nəticədə, əksəriyyət qanun layihəsinin yenidən işlənməsi üçün geri çağırılmasına səs verib.

Qeyd edək ki, bir il əvvəl qəbul edilmiş federal qanuna əsasən, 2023-cü ilin yanvarından etibarən Rusiya regionlarının bütün rəhbərləri “rəhbər” (və ya başçı-red.) adlandırılmalıdır. Tatarıstan Dövlət Şurası bu layihəyə qarşı çıxan tək-tük vilayət qurumlarında biri olub. Rüstəm Minnixanov sonuncu regional prezident olaraq qalır. Eyni zamanda, o, artıq 2022-ci ilin iyunundan rəsmi sənədlərdə “rəhbər” kimi qeyd olunur.




Ana səhifəyə qayıt        Baxış: 3 148          Tarix: 22-12-2022, 18:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma