![](/templates/Wmediat51/images/vetendash.jpg)
"Rusiya böyük ölkədir, sonadək vuruşmağa, az qala uduzmağa, amma sonda hər şeyi bərpa etməyə vərdiş edib..."
"Rusiyanın müharibəni uduzmasını və hərbçilərinin səriştəsiz olduğunu düşünmək cəfəngiyyatdır..."
"Əhsən Borrelə, yadına salıb ki, Rusiya Napoleona və Hitlerə qalib gəlib..."
Medvedev Qərblə yeni Vətən müharibəsinin başlanmasını bəyan edib...
Ukraynada hərbi əməliyyatlar aparmaqla Rusiya Kiyev və Qərblə "yeni Vətən müharibəsi" aparır.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Avropa İttifaqı XİN rəhbəri Jozep Borrelin Avropa liderlərinə müdafiə olunan Ukraynaya hərtərəfli hərbi yardım göstərilməsinin davam etdirilməsinin zəruriliyi haqqında çağırışını belə şərh edib.
"Rusiya böyük ölkədir, o, sonadək döyüşməyə vərdiş edib, o, az qala uduzmağa, amma sonra hər şeyi bərpa etməyə vərdiş edib", - bunu Borrel Madriddə ona "Yeni iqtisadiyyat" forumunun mükafatının təqdim edilməsi mərasimində deyib.
"O, bunu Napoleonla edib, o, bunu Hitlerlə edib. Rusiyanın müharibəni uduzmasını və ya onun hərbçilərinin səriştəsiz olduğunu düşünmək cəfəngiyyat olardı...Ona görə də məhz indi Ukraynanı silahlandırmağı davam etmək lazımdır", o, deyib.
Borrel həmçinin xatırladıb ki, Avropa İttifaqı 2014-cü ildən başlanan bu münaqişənin tərəflərindən biri deyil və həmişə sonadək birbaşa toqquşmalardan yan keçərək danışıqlar yoluna üstünlük verib.
Borrelin 1812 və 1945-ci illərin hadisələri ilə paralallər aparması Dmitri Medvedevi öz "Telegram-kanal"ında növbəti post yazmağa ruhlandırıb. Orada o, ölkəsinin qonşu dövlətə qarşı tammiqyaslı hərbi əməliyyatlarına haqq qazandırmağa cəhd edib.
"Əhsən sifəti şişkin Borrelə! Yadına salıb ki, ölkəmiz Napoleona və Hitlerə qalib gəlib. Diqqət edin, o, özü analogiya aparıb. Buna uyğun olaraq, Ukrayna nasistləri və Qərbi Avropa Rusiyanın döyüşdüklərinin birbaşa varisləridir. Və deməli, onlar ilə müharibə yeni Vətən müharibəsi olacaq. Və 1812 və 1945-ci illərdə olduğu kimi, qələbə bizimlə olacaq", - Medvedev buna əmindir.
Qeyd etmək lazımdır ki, Medvedev Rusiyanın qəsbkar hərəkətlərinə "dini" və "müqəddəs" don geyindirməsi cəhdlərində orijinal deyil.
Oktyabrıbn 20-də Rusiya prezidenti administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko həmçinin bəyan edib ki, Rusiya Ukrayna ilə münaqişədə "bu müharibənin" xalq müharibəsi olacağı təqdirdə mütləq qalib gələcək. Onun sözlərinə gorə, qələbə üçün "hər kəsin bu müharibədə özünün iştirakını hiss etməsi" lazımdır.
Bundan öncə Medvedev Yaponiyanın baş nazirini ABŞ-ın vassalı və xidmət personalı adlandırıb və ona Qərbdə xarakiri kimi tanınan seppuku rutualını icra etməyə çağırış edib.
Buna səbəb ABŞ prezidenti Co Bayden və Yaponiya baş nazirinin birgə bəyanatı olub. Bəyanatda "Rusiyanın Ukraynada nüvə silahının tətbiqinin" Vaşinqton və Tokio tərəfindən "bütün bəşəriyyətə qarşı əsaslandırılmamış düşmənçilik aktı" kimi qəbul ediləcəyi bəyan edilib.
Paylaş: