Xəbər lenti

Fransanın paytaxtı Parisdə İranda saxlanan fransızlara dəstək nümayişi keçirilib.

Moderator.Az-ın “Figaro”ya istinadla xəbərinə görə, aksiyada yüzədək adam iştirak edib.

Aksiya iştirakçıları Tehranın əcnəbilərə qarşı siyasətini pisləyib, əsassız yerə saxlanan və ya həbs olunanların azadlığa buraxılmasını tələb ediblər.

Hazırda İran həbsxanalarında 7 Fransa vətəndaşı cəza çəkir. Onların hamısı casusluqda ittiham edilir. Bacısı Tehran həbsxanasında olan Sesil Köhler bildirib ki, “dustaqlar qeyri-insani şəraitdə saxlanılır, gecə-gündüz dindirilir, saxta ifadə verməyə məcbur edilir, qurama məhkəmələrlə azadlıqdan məhrum olunur. Məhkumlar fiziki və psixoloji cəhərtdən tükəniblər”.

“Le Figaro” nəşri əlavə edir ki, hazırda onlarla əcnəbi İranda əsassız şəkildə saxlanılır. SEPAH təqsirsiz insanlardan vətəndaşı olduğu ölkələrə təzyiq vasitəsi kimi istifadə edir.




Ana səhifəyə qayıt        Baxış: 3 189          Tarix: 28-01-2023, 21:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma