Xəbər lenti

Son zamanlar Ermənistanın sözçüsü kimi çıxış edən SEPAH yenə də Bakını təhdid etmək məqsədilə fantaziya dolu film çəkib.

Axar.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.

Belə ki, SEPAH-ın "Sepah_pasdaran" Teleqram kanalı Azərbaycan Prezidentinə qarşı təhdidlər fonunda Ermənistan hərbi texnikasının ölkəmizin sərhədinə köçürülməsini əks etdirən videolar paylaşılıb.

Videoda erməni sərhədçilərin sərhədimizdə səngər hazırlaması da əks olunub.

Sözügedən kanalda İran Hərbi Hava Qüvvələrinin Azərbaycanla sərhəddə kəşfiyyat uçuşları həyata keçirməsi ilə bağlı məlumat da yerləşdirilib. Videolara şərh verən kanal bildirib: “Xüsusi əməliyyat bölmələri İranın maraqlarına zidd addım atan “düşmənlərin" düşmənçiliyini dəf etmək üçün maksimum hazır vəziyyətdədir”.

İran rejiminin fikirlərini dolayı yolla çatdıran kanalda "Bakının İrana qoşulması Əliyev hakimiyyətinin istənilən düşmənçilik hərəkətinin kompensasiyasıdır” deyə daha bir hədələyici mesaj verilib.

Paşinyan ofisinin qeyri-rəsmi sözçüləri Bakını xəbərdarlıq edib ki, "yaxın iki həftə ərzində Qarabağla bağlı “sürprizlər” ola bilər".




Ana səhifəyə qayıt        Baxış: 4 459          Tarix: 21-03-2023, 18:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma