Xəbər lenti

“Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlıq qurub, bu ölkədən yüz milyonlarla dollar dəyərində silah-sursat, o cümlədən “Pinaka” reaktiv yaylım atəşi sistemlərinin alınmasına dair müqavilələr imzalayıb”. 

konkret.az xəbər verir ki, bunu Ermənistanın Hindistandakı səfiri Yuri Babaxanyan bildirib.

O deyib ki, yaxın vaxtlarda Ermənistanın Hindistandakı səfirliyinə hərbi attaşe təyin olunacaq.

Babaxanyanın sözlərinə görə, Ermənistan özünü Rusiya və Qərb tərəfindən tərk edilmiş hiss edir:

“Gördüyünüz kimi, 2020-ci ilin payızında 44 günlük müharibə zamanı Tramp administrasiyasının döyüşləri dayandırmaq cəhdləri yarımçıq və ləng olub. Lakin, Co Bayden administrasiyası regiona daha çox diqqət yetirməyə çalışır. Çünki Cənubi Qafqaz Qərbin Çin, Rusiya və İran kimi əsas rəqiblərinin, eləcə də şəxsi maraqlarının arasında kəsişmə nöqtəsinə çevrilib”, – deyə Yuri Babaxanyan əlavə edib.




Ana səhifəyə qayıt        Baxış: 3 037          Tarix: 16-04-2023, 23:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma