Xəbər lenti

“Ekofəalların” aksiyasının dayandırılması Laçın dəhlizində Azərbaycan nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ilə bağlıdır, lakin bu, vəziyyəti dəyişməyəcək”. Musavat.com bildirir ki, bunu Qarabağdakı terrorçu rejimin başçısının oyuncaq “müşavir”i David Babayan Ermənistan mediasına bildirib.

D.Babayan iddia edib ki, ekolojifəallar iki əsas məqsədə nail olublar: “Birinci, artsaxın qarşısını kəsib Laçın dəhlizini “qapı”ya çevirdilər. Azərbaycan həm Rusiyaya, həm də beynəlxalq aləmə ciddi zərbə vurdu, dəhlizi hər an bağlaya bilər. Bu dəhlizin nəyə çevrildiyini anlamaq istəyirik. Deyirlər ki, Rusiya tərəfi Azərbaycan tərəfi ilə danışıqları davam etdirir. Mən dəqiq deyə bilmirəm. Buna yuxarıda qərar verilir, problem köhnə və ya yeni komandirlərdə deyil”.

Sayıqlamalarını davam etdirən separatçı deyib: “Bizim aydınlaşdırmalı çoxlu suallarımız var. Heç bir sənəddə, hətta 2020-ci ilin bəyanatında belə deyilmir ki, dəhliz “qapı”ya çevrilsin, keçid məntəqəsi quraşdırılsın”. Babayan etiraf edib ki, əslində dəhliz anlayışı artıq mövcud deyil. “Əgər belədirsə, o zaman sual verməliyik: niyə belə siyasət aparırsız?”, - deyə Babayan daha sonra deyib.




Ana səhifəyə qayıt        Baxış: 3 003          Tarix: 29-04-2023, 09:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma