Xəbər lenti

Ermənistan parlamentinin iclasında vitse-spiker, Türkiyə ilə danışıqlara rəhbərlik edən Ruben Rubinyanın niyə ABŞ-da Ermənistan-Azərbaycan danışıqlarında iştirakı ilə bağlı məsələ qaldırılıb.

Teleqraf.com xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Arman Yeqoyan bunun şəxsən Baş nazir Nikol Paşinyanın öz qərarı olduğunu deyib.

“Ruben Rubinyanın Vaşinqton danışıqlarında iştirakı baş nazirin özünün qərarıdır. Hesab edirəm ki, burada təəccüblənəcək heç nə yoxdur, çünki cənab Rubinyan parlament sədrinin müavinidir və parlamentin də danışıqlarda iştirak etməsində qəbahət yoxdur. Faktiki olaraq, Milli Məclis Ruben Rubinyanın timsalında iştirak edir”, - deputat bildirib.

“Bu addım Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin bir-birinə bağlı olması demək deyilmi” sualına Yeqoyan belə cavab verib:

“Cənab Rubinyanın orada olması özlüyündə o demək deyil. Xeyr, bu o demək deyil”.




Ana səhifəyə qayıt        Baxış: 3 824          Tarix: 2-05-2023, 22:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma