Xəbər lenti

“İran İslam Respublikası istənilən geosiyasi dəyişikliyə, Qərb hərbi qüvvələrinin Qafqazda mövcudluğuna qarşıdır, çünki əcnəbilərin bölgəyə gəlişi hər hansı problemi həll etməyəcək, həm də yeni problemlər yaradacaq”, - İran prezidenti Seyid İbrahim Rəisi bazar ertəsi Ermənistanın baş naziri Nikol Paşinyanla danışığı zamanı belə deyib.

Musavat.com bildirir ki, İranın “Mehrnews” agentliyi belə bir xəbər yayıb.

“İran İslam Respublikası qonşuluq siyasətinə və əlaqələrin yaxşılaşdırılmasına uyğun olaraq Cənubi Qafqaz regionu ilə qarşılıqlı əlaqələrin və əməkdaşlığın güclənməsinə böyük əhəmiyyət verir və bunu prioritet sayır”, - Rəisi əlavə edib.

İran prezidenti vurğulayıb ki, Ermənistan və Azərbaycan sülhün bərqərar olması istiqamətində mühüm addım kimi bir-birinin ərazi bütövlüyünü tanımalıdır.

Onun sözlərinə görə, iki ölkə arasındakı ümumi sərhəd yalnız təhlükəsizlik məsələsi olmaqdan kənara çıxmalı və daha çox iqtisadi əlaqələri gücləndirmək üçün istifadə edilməlidir.

Ermənistanın baş naziri öz növbəsində İran prezidentinə ölkəsinin Azərbaycanla sülh danışıqları ilə bağlı qısa məlumat verib. Bildirib ki, tərəflər sərhəd və anklavla bağlı fikir ayrılıqlarını aradan qaldırmağa və münasibətlərin donunu açmağa çalışacaqlar.




Ana səhifəyə qayıt        Baxış: 3 162          Tarix: 27-06-2023, 22:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma