Xəbər lenti

“Yeni müdafiə naziri vəzifəsinə qadının təyin olunması üçün zəmin hazırlanır”.

Bu sözləri Ermənistan Milli Assambleyasının keçmiş deputatı Naira Karapetyan deyib. O, yeni müdafiə nazirinin kim olacağı ilə bağlı ehtimallarını dilə gətirib.

“Uzun müddətdir dostlarımla söhbətdə təkidlə deyirəm ki, yeni müdafiə naziri vəzifəsinə qadının təyin olunması üçün zəmin hazırlanır. Böyük ehtimalla, bu, Anna Akopyan olacaq”, - deyə o qeyd edib.

“Təbii ki, mənim dediklərimi təsdiqləyən çox sayda sətiraltı ifadələr, nüanslar var. Məsələn, qızların “könüllü-məcburi” hərbi xidmətə çağrılması, Annanın Çex Respublikasında bu ölkənin müdafiə naziri ilə müəmmalı görüşü… Niyə olmasın? Onun həmin vaxt Çex Respublikasına gedərkən əynindəki paltar, ərinin yanında rəsmi geyimdə olması və s.

İndi bu nüanslara daha biri - “xanım nazir” də əlavə olunur...”, - deyə Naira Karapetyan vurğulayıb.

Mənbə: Ermənistan KİV  




Ana səhifəyə qayıt        Baxış: 3 396          Tarix: 28-06-2023, 18:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma