Xəbər lenti

Qarabağda rus sülhməramlılarının nəzarət etdiyi ərazidə qondarma və oyuncaq “DQR”in “prezidenti” Araik Arutunyan yenə də özünümüdafiədən və müqavimətdən dəm vurub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, qondarma qurumun “parlamentinin deputatları” ilə görüşdə danışıb.

Arayik Arutyunyan Azərbaycanın təklifini qəbul edib danışıqlar üçün Bakıya getmədiyinin səbəbini açıqlayıb.

“Bakı bizimlə yalnız bir mövzunu - inteqrasiyanı müzakirə edir, başqa mövzunu müzakirə etmir. Müxtəlif yerlərdən mənə deyirlər: gedək, razı salarıq. Çalışdım, iki il çalışdım. Əgər kimsə mənim pis danışıq aparan biri olduğumu düşünürsə, deməli, mən son mərhələdə danışıqlar aparmamışam”, - deyə Arutyunyan bildirib.

Arutunyan Azərbaycanın əsas tələblərini nə olduğunu deyib.

"Ardıcıllığı təqdim edəcəyəm: gedirik, ordunun buraxıldığını bəyan edirik, sonra dövlət idarəetmə sistemini ləğv edirik. İcma seçkiləri mexanizmini güclə yaradırlar, ondan sonra bizə qaz, işıq veriləcək, yolda getməyə icazə veriləcək. Lakin necə hərəkət edəcəyimiz də bəllidir - Azərbaycan vətəndaşı kimi. Mən danışıqların, görüşlərin əleyhinə deyiləm. Başa düşməliyik ki, problemlərimiz olacaq, lakin bütün bunları aşmaq olar. Biz iki şey etməliyik - özünümüdafiə və müqavimət. Bununla bağlı nə edilib və edilməlidir, əgər istək olarsa, biz ayrıca müzakirə edəcəyik”,-deyə Arutunyan bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 703          Tarix: 30-06-2023, 22:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma