Xəbər lenti

Ermənistan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya üçün parlamentə göndərib.

Bu barədə hökumətin mətbuat xidmətindən məlumat verilib.

Həmin sənəddə Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı maddənin olub, olmadığı bilinmir.

Qanun layihəsi parlamentin saytında hələ ki, dərc olunmayıb.

Xatırladaq ki, iyun ayında Ermənistanın ədliyyə naziri Qriqor Minasyan hökumətin yaxın həftələrdə Roma Statutunun ratifikasiyası ilə bağlı qanun layihəsini parlamentə göndərəcəyini açıqlamışdı. Ermənistan Konstitusiya Məhkəməsi martın 24-də çıxardığı qərarda Roma Statutunun ölkə konstitusiyasına zidd olmadığını bildirib və bu, Rusiya tərəfinin mənfi reaksiyasına səbəb olub.

Rusiya Xarici İşlər Nazirliyindəki mənbənin verdiyi məlumata görə, Rusiya tərəfi erməni həmkarlarına Roma Statutuna mümkün qoşulmasının Rusiya ilə münasibətlər üçün son dərəcə mənfi nəticələri barədə xəbərdarlıq edib.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 3 047          Tarix: 1-09-2023, 16:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma