Ermənistan hökuməti Milli Tərəqqi Partiyasından İrəvan merliyinə namizəd Hayk Marutyanın yüksək reytinqindən ciddi narahatdır, hətta baş nazir Nikol Paşinyan da bununla bağlı iki dəfə müsahibə verməli olub.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Qeyd olunub ki, Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” Partiyasının nümayəndələrinə seçki kampaniyasının son həftəsində bütün səyləri yalnız və yalnız səs toplamağa yönəltməklə sərt mübarizə aparmaq tapşırılıb.
"Nazirlər, deputatlar iş gününü bitirdikdən sonra seçki kampaniyasına tələsməlidir. Seçkilər yaxınlaşdıqca hakimiyyətin qorxuları getdikcə artır. Çünki müxtəlif daxili sorğular göstərir ki, hökumət inzibati resurslardan istifadə etmədən istənilən nəticəni əldə edə və İrəvanda təkbaşına hakimiyyəti ələ keçirə bilməz", - deyə məlumatda qeyd edilib.
Paylaş: