Xəbər lenti

Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimin ABŞ Senatında Ermənistana təhlükəsizlik və ABŞ-la əməkdaşlıq sahəsində dəstək verməsi ilə bağlı bəyanatları Cənubi Qafqazda anti-Rusiya tramplininin yaradılmasına yönəlib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski danışıb.

Mətbuatda xəbər verildiyi kimi, Yuri Kim ABŞ-ın Ermənistana inkişaf, müdafiə və təhlükəsizlik dəstəyini mümkün qədər genişləndirməli olmasından bəhs edib.

“Yuri Kim ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bəyan edib ki, biz Ermənistanın “Rusiya ilə deyil, ABŞ-la” tərəfdaşlığından danışmalıyıq. ABŞ bununla həm də Cənubi Qafqazda yeni anti-Rusiya plasdarmı yaratmaq arzusundadır”,-deyə Slutski qeyd edib.

“Xaricdən “sponsorluq” dünyanın heç bir ölkəsinə fayda verməyib, yalnız bəla və kədər, qan və dağıntı gətirib”,- deyə Slutski sonda Ermənistanı təhdid etməyi unutmayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 208          Tarix: 15-09-2023, 12:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma