Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.
Bu barədə Türkiyə Prezidentinin Ofisindən açıqlama verilib.
Məlumata görə, danışıq zamanı Rusiya-Ukrayna müharibəsi ilə yanaşı İsrail-Fələstin münaqişəsi və bölgədəki humanitar böhran da müzakirə edilib.
Rəcəb Tayyib Ərdoğan bölgədəki münaqişəli proseslərin, xüsusilə də İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinin mümkün olduğunu və Türkiyənin buna nail olmaq üçün bundan sonra da səylərini davam etdirəcəyini bildirib.
Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Bildirilir ki, telefon danışığı zamanı tərəflər Qəzzada son vəziyyəti, insan haqlarının pozulmasının qarşısını almaq üçün görüləcək işləri və humanitar yardımların mülki vətəndaşlara fasiləsiz çatdırılmasını müzakirə ediblər.
Mənbə: Haber Global
Paylaş: