Xəbər lenti
27-11-2024, 19:25

Qarabağdan gedən ermənilərin özləri ilə silah apardığı barədə iddiaları qondarma və keçmiş “dq”nin “müdafiə qüvvələrinin birinci komandanı” Arkadi Karapetyan təkzib edib.

Axar.az xəbər verir ki, bu barədə o, Ermənistan DİN-in Qarabağ ermənilərinə silahların təhvil verilməsilə bağlı çağırışı haqda danışarkən deyib.

“Bir şeyi başa düşə bilmirəm: Qarabağ erməniləri Ermənistana necə silah gətirə bilərdi? Hər şey o qədər də asan deyil. Kim nəzarət-buraxılış məntəqəsindən (“Laçın” postu nəzərdə tutulur – red.) silah keçirməyə cəhd etsə, ailəsi ilə birlikdə həbs edilərdi, siz nədən danışırsınız?” - o bildirib.

O bildirib ki, ermənilər silah keçirməyə cəhd etsəydilər, azərbaycanlılar buna çox sərt reaksiya verərdi:

“Dediyim odur ki, buraxılış məntəqəsindən silah gətirə bilməzdilər. Azərbaycanlılar o qədər də sadəlövh deyillər ki, Qarabağdan silah aparılmasına imkan versinlər”.




Ana səhifəyə qayıt        Baxış: 3 855          Tarix: 1-11-2023, 15:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma