Xəbər lenti
27-11-2024, 19:25

Qərb ölkələri Rusiyanı regiondan sıxışdırıb çıxarmağa çalışır.

"Report"un məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Rossiya-1" telekanalında "Moskva. Kreml. Putin" proqramına müsahibəsində deyib.

"Qərbin bununla bağlı öz maraqları var. Onlar bəzi ölkələrlə öz maraqlarına görə dostluq edir, Rusiyanı müəyyən bölgələrdən sıxışdırıb çıxarmağa çalışırlar. Biz bu siyasətin perspektivli olduğunu düşünmürük”, - Kreml nümayəndəsi qeyd edib.

Peskov bu açıqlaması ilə Fransa Prezidenti Emmanuel Makronun Qazaxıstana son səfərinə eyham vurub. Belə ki, Putinin sözçüsü Qazaxıstanın Rusiyadan asılı olmamasını Qərbin diqqətinə çatdırmaq üçün bu sözləri əlavə edib: "Astana Moskvanın strateji müttəfiqidir, lakin ikitərəfli münasibətlərdə heç kim heç kimə nəyisə məcbur etmir və ya diktə etmir”.




Ana səhifəyə qayıt        Baxış: 4 179          Tarix: 12-11-2023, 18:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma