Xəbər lenti
Dünən, 19:25

Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik münasibətlərin qurulması ilə bağlı dost və qardaş ölkə olaraq bu barədə öncədən Azərbaycana məlumat verib.

Trend diplomatik mənbəyə istinadən xəbər verir ki, Azərbaycan Səudiyyə Ərabistanına 30 il ərzində İslam dünyası üçün nümunəvi və ədalətli mövgeyinə görə təşəkkür edib.

Belə ki, uzun illər Səudiyyə Ərəbistanı Ermənistan ilə diplomatik əlaqələr qurmayıb və Ermənistanı işğalçı dövlət kimi tanıyıb. İndi isə reallıqlar dəyişib. Azərbaycan Ermənistanın işğalına son qoydu.

Hələ 2020-ci ildə Livan vasitəsilə Ermənistan Səudiyyə Ərəbistana yaxınlaşaraq diplomatik əlaqələr qurmaq istəyib. Amma o zaman qanunsuz erməni hərbi birləşmələri Qarabağda qalmaqda davam edirdi. Səudiyyə Ərəbistanı əlavə üç il də gözlədi. Nəzərə almaq lazımdır ki, ABŞ və Fransa bu məqsədlə Səudiyyə Ərəbistana müraciət ediblər.




Ana səhifəyə qayıt        Baxış: 2 926          Tarix: 25-11-2023, 21:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma