Xəbər lenti
Dünən, 19:25

Qərb dövlətləri Vladimir Zelenskiyə danışıqlara başlamağı əmr etsə, Kiyev Moskva ilə danışıqlar prosesini bərpa edəcək.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli diplomat, Türkiyənin Moskvadakı keçmiş ticarət nümayəndəsi Aydın Sezər “RİA Novosti”yə açıqlamasında “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiyanın 2022-ci ilin yazında İstanbulda aparılan danışıqlar və hərbi əməliyyatların bitməsinin mümkünlüyü, həmin vaxt Böyük Britaniyanın baş naziri vəzifəsini tutan Boris Consonun Kiyevi Rusiya ilə heç nə imzalamamağa çağırması haqda sözlərini şərh edərkən deyib.

Sezər xatırladıb ki, İstanbul danışıqlarından qısa müddət sonra Conson Kiyevə səfər edib və Zelenski ilə danışıqlar aparıb.

“Bu bəyanatın (Araxamiyanın açıqlaması – red.) fonunda deyə bilərik ki, Qərb Zelenskiyə göstəriş versə, sülh prosesi yenidən başlaya bilər”, - bildirib.

Sezər vurğulayıb ki, Zelenskinin hakimiyyətdə olduğu müddətdə döyüş meydanında hər hansı xüsusi dəyişiklik gözləməyə dəyməz:

“Zelenski danışıqların olub-olmamasına özü qərar vermir, ona görə də heç bir nəticə gözləməyə dəyməz. Üstəlik, o, Rusiya ilə danışıqları qadağan edən qanun qəbul edib. Yalnız Qərb Zelenskiyə əmr etsə və yaxud onun yerinə başqa adam prezident olsa, o zaman danışıqlar bərpa oluna bilər”.

Qeyd edək ki, David Araxamiya açıqlamasında bildirib ki, Ukraynada hərbi əməliyyatlar 2022-ci ilin yazında bitə bilərdi. Amma Ukrayna hakimiyyəti Rusiya ilə danışıqlardan sonra ölkənin neytrallığına və hər hansı bloka qoşulmamasına razı olmayıb.




Ana səhifəyə qayıt        Baxış: 2 939          Tarix: 26-11-2023, 14:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma