Xəbər lenti
Dünən, 19:25

ABŞ maliyyə nazirinin terrorla mübarizə və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson Rusiya və HƏMAS hərəkatına qarşı sanksiyaların tətbiqi üçün gələn həftə Türkiyəyə səfər etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Türkiyənin Rusiya şirkətlərinə qarşı birtərəfli sanksiyaları dəstəkləməsini gözləyir.

Agentlik qeyd edir ki, Brayan Nelson Rusiya gəmi və təyyarələrinin Türkiyədə niyə xidmət almağa davam etdiyini müzakirə etməyi planlaşdırır.




Ana səhifəyə qayıt        Baxış: 2 905          Tarix: 26-11-2023, 20:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma