Xəbər lenti
Dünən, 19:25

“Konkret olaraq Zəngəzur dəhlizindən danışırıqsa, onda bu marşrut Rusiya üçün də son dərəcə maraqlıdır, çünki Rusiya şirkətləri artıq Bakı-Tbilisi-Qars magistral yolundan fəal istifadə edə biləcək”.

Musavat.com xəbər verir ki, bu sözləri rusiyalı politoloq, “Kaspiyskiy vestnik” portalının redaktoru Vladislav Kondratyev caliber.az saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya şirkətləri Zəngəzur dəhlizinin açılmasına sevinən tərəf sayılmalıdır, çünki bu, əlavə maliyyə faydaları vəd edən yeni istiqamətdir.

“Ermənistana gəlincə, açıq-aydın görünür ki, o, öz ambisiyalarına, həmçinin Azərbaycana görə Zəngəzur dəhlizinin işə salınmasından geri çəkilir və bununla əslində çox şey itirir. Nəticədə Zəngəzur dəhlizi “Araz dəhlizi”nə çevrilmək üzrədir. Əgər bu yol İran üzərindən fəaliyyət göstərsə, Ermənistan bölgədə strateji imkanını həmişəlik itirə bilər”, - deyə Kondratyev qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 3 225          Tarix: 2-12-2023, 23:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma