NATO-nun baş katibi Stoltenberq Ukraynadan gələn pis xəbərlərə hazırlaşmağa çağırıb. Stoltenberq bu fikirləri Almaniyanın "Das Erste" telekanalın musahibəsində deyib.
Musavat.com xəbər verir ki, sensasion açıqlamasında NATO baş katibi vəziyyətin kritik olması səbəbini izah edib. Stoltenberq etiraf edib ki, Ukraynanın vəziyyəti Qərbin yardımının olmaması səbəbindən pisləşə bilər.
Stoltenberq "Ukrayn kritik vəziyyətdədir və Qərb pis xəbərlərə hazırlaşmalıdır" desə də, söhbətin konkret ərazi itkilərindən, yoxsa Kiyevin kapitulyasiyaya qərar verdiyindən getdiyini deməyib.
Yasa salaq ki, Pentaqon rəhbəri Lloyd Ostin bu günlərdə bildirib ki, Vaşinqton Rusiyanın Ukrayna münaqişəsində qalib gəlməsinin qarşısını almaq niyyətindədir.
Bundan əvvəl Parisdə Donbass sakinlərinə dəstək aksiyası keçirilib \. Etirazçılar Eyfel qülləsi yaxınlığında toplaşaraq Kiyevə silah tədarükünün dayandırılmasını tələb edən plakatlar qaldırıblar.
Bu arada Ukrayna hakimiyyətində də daxili narazılıqlar artmaqdadır. Bu dəfə Kiyevin meri Vitali Kliçko prezident Vladimir Zelenskinin hərəkətləri ucbatından Ukraynada demək olar ki, müstəqil hakimiyyət institutlarının qalmadığını, ölkənin avtoritarizmə doğru getdiyini deyib. Kiyev meri bu açıqlamanı "Şpigel" nəşrinə açıqlamasında deyib.
Bu arada "The Economist" nəşr də “Həyəcan! Rusiya qalib gəlir!”sərlövhəli məqalə ilə çıxış edib. Məqalədə qeyd olunur ki,
Ukraynada baş verənlərlə bağlı təşvişlə yaradır: “Kiyevdə əhval-ruhiyyə get-gedə qaralmaqdadır, prezident Vladimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı mübahisə edib, Zelenskinin nüfuzu ölkədəki korrupsiyaya səbəbindən zədələnib vən Ukraynanın gələcəyi ilə bağlı qorxular artıb”.
Paylaş: