Xəbər lenti
Dünən, 19:25

Nikol Paşinyanın Aİİ-nin siyasi və ya geosiyasi məqsədlər güdməməli olduğu ifadəsi Rusiyaya qarşı daha bir qəti zərbədir.

Axar.az xəbər verir ki, bunu rusiyalı maliyyəçi və siyasi şərhçi Aleksandr Razuvayev deyib.

“Paşinyan iki stulda oturmağa çalışır. İqtisadi baxımdan Ermənistanın Aİİ-də olması sərfəlidir. Digər tərəfdən, Ermənistan ilk növbədə hərbi-texniki əməkdaşlıq baxımından Qərbə doğru gedir. Moskva Ermənistanın hərəkətlərinə baxır və sanki deyir: “Yaxşı, görək sizdə nə alınır”. Ermənistanın Aİİ-də iştirakdan çox yaxşı faydaları var və onlardan imtina etməyəcək. Məhz buna görə Paşinyan görüşə gəldi. Fikrimcə, Putinlə Paşinyan arasında təkbətək söhbət olub və bu söhbət zamanı Rusiya lideri ondan artan qərbyönlü vektor və antirusiya əhval-ruhiyyəsi ilə bağlı izahat tələb edib”, - o bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 130          Tarix: 27-12-2023, 12:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma