Xəbər lenti

İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla yunanıstanlı həmkarı Yorqos Qerapetritis arasında təkbətək görüş başlayıb.

“Report” xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.

09:34

Yunanıstanın xarici işlər naziri Yorqos Qerapetritis rəsmi səfərlə İrəvana gəlib.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, Yunanıstan XİN başçısının təyyarəsi Zvartnots hava limanına enib.

Səfər çərçivəsində o, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. Daha sonra XİN rəhbərləri birgə mətbuat konfransı keçirəcəklər.




Ana səhifəyə qayıt        Baxış: 2 703          Tarix: 10-01-2024, 10:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma