Xəbər lenti
Bu gün, 19:25

Rusiyanın müttəfiqi Ermənistan Kremlin Cənubi Qafqaz siyasətinin əsas düşməninə çevrilir.

Axar.az xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Fenenko deyib.

“Azərbaycan isə əksinə, konstruktiv, şəffaf tərəfdaşdır. İrəvan getdikcə daha çox antirusiya siyasəti yeridir. Bütün bunların fonunda Paşinyan bu il Vaşinqtonda və ya Parisdə məsləhət görülsə, diplomatik yardım göstərilsə, Ermənistanın KTMT-dən təcili çıxması ilə bağlı qərar verə bilər. Azərbaycan Qərblə flört etmir. Və son vaxtlar Qərb yenidən Bakını nümayişkaranə şəkildə tənqid etməyə başlayıb.

Birincisi, bu yolla ABŞ və AB Ermənistana “konfet” vermək istəyir: deyirlər ki, bizimlə ol, KTMT-dən çıx, biz səni bəlada qoymayacağıq. Düzdür, 2020-ci ilin və İkinci Qarabağ müharibəsinin təcrübəsi belə vədlərin əvəzinin nə olduğunu göstərdi. Heç kim Ermənistan naminə nə Azərbaycanla vuruşacaq, nə də Türkiyə ilə. Ermənistan üçün heç kim Rusiyanı əvəz etməyəcək.

İkincisi, Qərbin Azərbaycana təzyiqlərinin güclənməsi Bakıda fevralın 7-də keçiriləcək prezident seçkisi ilə əlaqələndirilir. Qərb ənənəvi olaraq seçki ərəfəsində Azərbaycana xüsusi təzyiqlər edir. 2018-ci ildə Ermənistandan fərqli olaraq, Azərbaycanda ciddi iğtişaşlar təşkil etməyə cəhd üçün kifayət qədər QHT yoxdur. Azərbaycan bu məsələdə Qərbi sərt şəkildə məhdudlaşdırıb. Eyni zamanda, ABŞ və AB-nin Bakı ilə bağlı birbaşa tənqidlərini, Azərbaycanda qəfil üzə çıxan fransız casus şəbəkəsini görürük. Bakı Fransadakı erməni diasporunun gücünü nəzərə alaraq, buna cavab olaraq qabaqlayıcı tədbirlər görür. Təbii ki, heç kim Azərbaycana qarşı sanksiyalar tətbiq etməyəcək. Baxmayaraq ki, Qərbin Rusiya ilə iqtisadi əlaqələrini necə kəsdiyinə baxsaq, heç nəyi istisna etmək olmaz”, - o bildirib.




Ana səhifəyə qayıt        Baxış: 2 932          Tarix: 20-01-2024, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma