Xəbər lenti

Yanvarın 28-də İranın dəstəklədiyi və özünü “islam müqaviməti” adlandıran qrupların İordaniyanın şimal-şərqində, Suriya ilə sərhəddə yerləşən ABŞ-nin hərbi bazasına dron hücumu regionda onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirərək müharibə həddinə çatdırıb.

Üç ABŞ hərbçisinin ölümünə, 40-dan çox hərbçinin yaralanmasına səbəb olan bu hücum bölgədə yaşanan qarşıdurmanı tam fərqli müstəviyə daşıyıb desək, yanılmarıq.

Təsadüfi deyil ki, ABŞ-nin dövlət katibi Entoni Blinken dünən Vaşinqtonda NATO-nun baş katibi ilə birgə mətbuat konfransında 1973-cü ildən sonra Orta Şərqdə indiki kimi təhlükəli vəziyyətin olmadığını bəyan edib. Bu təhlükəli vəziyyətin yaranmasında ən böyük məsuliyyət daşıyanlardan biri isə, İrandır.

Onu da vurğulamaq lazımdır ki, rəsmi Tehran onunla çox təmkinli, hətta bəzən lütfkar davranan hazırkı ABŞ administrasiyasının regionda münaqişənin genişlənməsini istəmədiyini yaxşı bilir və bundan sui-istifadə edərək öz oyunlarını davam etdirir. Lakin bu dəfə “Bürc-22” kimi tanınan ABŞ hərbi bazasına qanlı hücumla İran rejimi öz əlaltılarının vasitəsilə, necə deyərlər, yol verilən həddi aşıb və cavabını alması da qaçılmazdır.

“Azad İran” 




Ana səhifəyə qayıt        Baxış: 2 998          Tarix: 30-01-2024, 20:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma