Xəbər lenti

Ermənistanın işğalı altında olan 8 kənddən dördü anklav deyil, dərhal geri qaytarılmalıdır və Azərbaycan Ordusu da oraya istənilən vaxt daxil ola bilər. Buna görə nə Ermənistan, nə də beynəlxalq ictimaiyyət ölkəmizə etiraz edə bilər. Çünki beynəlxalq hüquq da bizə bu haqqı verir.

Bu sözləri Axar.az-a dünən keçirilən Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyaların altıncı iclasında müzakirə olunan məsələlər barədə danışan politoloq Elxan Şahinoğlu deyib.

Politoloq sərhədlərin delimitasiyasının vaxt aparacağını bildirib:

“Fikrimcə, delimitasiya komissiyalarının iclaslarından qısa müddət ərzində nəticə çıxmayacaq. Sərhədlərin delimitasiyası prosesi uzun çəkəcək. Strateji müttəfiqimiz olan Gürcüstanla belə hələ də sərhədlərin dəqiqləşdirilməsi yekunlaşmayıb. Ermənistanla isə məlum səbəblərə görə danışıqlar daha çox vaxt aparacaq. Bütün hallarda cənab Prezidentin də 10 yanvar 2024-cü il müsahibəsində qeyd etdiyi kimi, 8 kənd məsələsi danışıqlarda prioritetdir. Ancaq Paşinyanın kəndləri qaytarmaq fikrində olmadığını, yaxud məsələni qəsdən uzatdığını düşünürəm. Çünki kəndlərin qaytarılmasının mövqelərini zəiflədəcəyini fikirləşir. Eyni zamanda sülh müqaviləsinin imzalanması məsələsində də irəliləyiş yoxdur”.




Ana səhifəyə qayıt        Baxış: 2 986          Tarix: 1-02-2024, 17:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma