Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Svetlana Jurova Ermənistanın Rusiya ilə hərbi əməkdaşlıqdan imtina etməsinə münasibət bildirib.
Deputat baş nazir Nikol Paşinyanın bəyanatını “bunlar sadəcə sözlərdir” ifadəsi ilə dəyərləndirib.
Daha əvvəl Paşinyan bildirib ki, İrəvan bundan sonra hərbi-texniki tərəfdaşlığı tək Rusiya ilə inkişaf etdirə bilməz. O, izah edib ki, ölkə öz silahlı qüvvələrinin inkişaf konsepsiyasına yenidən baxmalıdır.
“Ermənistan müdafiəyə ehtiyacı olduğu üçün bizimlə əməkdaşlıq etdi. Ermənistan artıq heç nəyin onu təhdid etmədiyinə və artıq bunun öhdəsindən özlərinin gələ biləcəyinə inanır. Ya da başqası onlara nəsə söz verib.
Bunlar sadəcə sözlərdir, siyasətçilər indi ictimaiyyətdə çox şey deyirlər. Yəqin ki, sanksiyalar və bu çətin vəziyyət fonunda Ermənistan da Qərbə oxşar bəyanatlar verir. Bütün bunlar bitən kimi Ermənistan hərbi əməkdaşlıq xahişi ilə bizə qayıdacaq”, - deyə Jurova cavab verib.
Mənbə: lenta.ru
Paylaş: