Azərbaycanla hərtərəfli əməkdaşlığın dərinləşməsi üzrə birgə səylərimizi davam etdirməyə hazırıq.
"Report" xəbər verir ki, bu fikir Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda yer alıb.
Qırğızıstan Prezidenti məktubunda qeyd edib: “Seçkilərdə qələbəniz Azərbaycan xalqı tərəfindən Sizin fədakar əməyinizə və dövlət suverenliyinin möhkəmləndirilməsi, əhalinin rifah halının yüksəldilməsi, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil və açıq xarici siyasətin davam etdirilməsi üzrə Sizin səylərinizə hörmətin və dəstəyin bariz nümunəsi oldu”.
S.Japarov hazırda strateji xarakter daşıyan Qırğızıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafına Prezident İlham Əliyevin şəxsi töhfəsinin onların ölkəsində yüksək qiymətləndirildiyini bildirib.
“Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın dərinləşməsi üzrə birgə səylərimizi davam etdirməyə hazır olduğumuzu bir daha təsdiqləyirəm”, - deyən S.Japarov dövlət başçısına möhkəm cansağlığı, Azərbaycanın rifahı naminə ali dövlət fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Paylaş: