Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialı qalmaqdadır.
Axar.az xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargah rəisi Andrey Serdyukov deyib.
O qeyd edib ki, ayrı-ayrı dövlətlər bu vəziyyətdən Xəzərin ehtiyatlarına və Mərkəzi Asiyaya birbaşa çıxış əldə etmək üçün istifadə edir:
“Müxtəlif ölkələrin Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzərin ehtiyatlarına və Mərkəzi Asiyaya çıxışı təmin etmək cəhdi qeydə alınır. Bu məqsədlə digər məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan sərhədinin yüksək münaqişə potensialından fəal istifadə olunur”.
Serdyukov bildirib ki, KTMT-nin məsuliyyət zonasında hərbi təhlükəsizliyə əsas təhdid mənbəyi ABŞ və Qərb ölkələrinin dağıdıcı fəaliyyətidir:
“Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, kənardan gələn cəhdlər münaqişədən sonrakı nizamlanma formatına təsir etməkdə davam edir. Ümumilikdə KTMT-nin məsuliyyət zonasında hərbi-siyasi vəziyyət çətin olaraq qalır və təşkilatın hərbi potensialının gücləndirilməsini tələb edir”.
Paylaş: