Xəbər lenti

Fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarla görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Həmsöhbətlər ikitərəfli tərəfdaşlıq gündəliyinə dair məsələləri müzakirə ediblər. Yüksək səviyyəli siyasi dialoq, müxtəlif sahələrdə əməkdaşlığı birgə dərinləşdirmək istəyi məmnunluqla qeyd olunub”, - məlumatda qeyd olunub.

Bildirilib ki, Mirzoyan Cənubi Qafqazda təhlükəsizlik vəziyyətini təqdim edib, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində baş verən son hadisələrə toxunub.




Ana səhifəyə qayıt        Baxış: 3 319          Tarix: 18-02-2024, 16:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma